AZ

MKİ: Putin rezidensiyasına heç bir hücum olmayıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna, Rusiya prezidenti Vladimir Putinin Valdaydakı rezidensiyasına zərbə vurmayıb və hətta buna cəhd etməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal", anonim amerikalı rəsmilərə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, ABŞ kəşfiyyatında olan bir mənbə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nəticəyə gəldiyini bildirib ki, Putinə qarşı heç bir hücum cəhdi olmayıb. Amerikalı kəşfiyyatçıların fikrincə, Ukrayna hərbi bir hədəfi vurmağa çalışıb ki, bu hədəf əvvəllər Kiyev tərəfindən zərbə altında olub. Bu obyekt, Putinin şəhərdən kənar rezidensiyasının yerləşdiyi ərazidə olsa da, obyektlər bir-birindən uzaqdır.

Jurnal, bu hərbi obyektin hansı olduğunu açıqlamır. Mənbə qeyd edib ki, ehtimal ki, Donald Tramp artıq bu kəşfiyyat məlumatlarından xəbərdardır.

Bu gün ABŞ prezidenti sosial şəbəkəsində "New York Post"un redaksiya məqaləsini paylaşaraq "Putinin "hücum" yalanı, Rusiyanın həqiqətən sülhün qarşısında dayandığını göstərir" başlığını əlavə edib.

Ukrayna mətbuatının yazdığına görə, Zelenski ilə Tramp arasında Florida görüşündən sonra Putin ABŞ prezidentinə zəng edib və Ukraynalıların onu öldürməyə çalışdığını, Valday gölündəki rezidensiyasına onlarla dron göndərdiklərini iddia edib.

Sonradan Tramp, jurnalistlərlə danışarkən, Putinin bu ittihamlarına görə "çox əsəbiləşdiyini" bildirib. Lakin, jurnalistlərin "ABŞ-ın belə bir hücumu sübut edən dəlilinin olub-olmaması" barədə sualına Tramp, bu hücumun Rusiya rəhbərinin yalanı ola biləcəyini etiraf edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
152
29
bizimyol.info

10Mənbələr