Suriyanın Hələb şəhərində polis patruluna qarşı terror hücumu həyata keçirilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Suriya hökumətinin sözçüsü yerli televiziyaya müsahibəsində bildirib.
Hələlik şəxsiyyəti məlum olmayan şəxsin özünü partlatması nəticəsində 2 polis əməkdaşı yaralanıb. Hücumu həyata keçirən şəxs isə ölüb.