AZ

Nyu-Yorkun ilk müsəlman meri and içib

ABŞ-nin Demokratlar Partiyasının nümayəndəsi Zöhran Mamdani rəsmi olaraq Nyu-Yorkun yeni meri kimi and içib.

"Far.Az" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, mərasim qapalı formatda keçirilib. Mamdani Nyu-Yorkun İslam dininə etiqad edən ilk meri olub və bu səbəbdən Qurandan istifadə edilib.

Qeyd edək ki, Nyu-York şəhər meri seçkiləri ötən il noyabrın 4-də keçirilib.

Seçilən
99
6
far.az

7Mənbələr