Kürdəmirdə maşın aşdı , xəsarət alanlar var.Nocomment.az xəbər verir ki, hadisə Ağsu -Kürdəmir -İmişli yolunun rayonun Sor -Sor kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki,sürücü İbrahim Novruzov İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq aşıb.Qəza zamanı avtomobidə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.Hazırda faktla bağlı araşdırma aparılır.
Nocomment.az

