AZ

Kürdəmirdə yol qəzası olub: 3 nəfər yaralanıb

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İbrahim Novruzovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan 3 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
62
5
cebheinfo.az

6Mənbələr