“Milan”ın yarımmüdafiəçisi Luka Modriç Kriştiano Ronaldonun insani keyfiyyətləri barədə danışıb.
Publika.az xəbər verir ki, Modriç bu iki əfsanənin müqayisə olunmasını sevmədiyini də etiraf edib.
– Messi, yoxsa Kriştiano Ronaldo?
– Bu sualı bəyənmirəm. Onlar bir dövrün başlanğıcı oldu. Mən Kriştianoya daha yaxınam, çünki onunla oynamışam, o, ” Real Madrid”də mənim komanda yoldaşım olub.
Sizi əmin edirəm ki, o, təkcə əla futbolçu deyil, həm də inanılmaz insandır. İnsanlar bunu bilmir, amma onun böyük ürəyi var, həmişə kömək etməyə hazırdır. Və o, sadə, adi bir insandır.