Bakıda ağır qəza: Məhəccər uşağın üstünə aşdı
Ajans.az xəbər verir ki, hadisə zamanı səkidə olan uşağın üzərinə yolun kənarına qoyulmuş məhəccər aşıb. Qəzada iştirak edən avtomobilin sürücüsü uşağa əhəmiyyət verməyərək, toqquşduğu avtomobilin sürücüsünə yaxınlaşıb. Xəsarətlər almış uşaq isə polis əməkdaşlarının yardımı ilə başqa avtomobillə xəstəxanaya aparılıb. Qeyd edək ki, hadisə dekabrın 25-də baş verib. 