AZ

Bayramdan sonra işə necə alışaq? PSİXOLOQ

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bayram bitdikdən sonra bir çox insan gündəlik həyata yenidən uyğunlaşmaqda çətinlik çəkir. 

İş, məktəb və digər öhdəliklərin yerinə yetirilməsi yorucu görünür. Bu dövrdə insanlar həm fiziki, həm də emosional yorğunluq hiss edə bilirlər, motivasiya azalır və gündəlik işləri görmək daha ağır gəlir. Bayram günlərində sonra işə adaptasiya olmaq niyə çətin olur? 

Bunun öhdəsindən necə gələk?

Mövzu ilə bağlı “Cebheinfo.az”- a açıqlama verən psixoloq Fəridə Müsəvi bildirib ki, bayramdan sonra iş mühitinə keçid bir çox hallarda çətinliklə müşahidə olunur: 

"Bayramlar insanların həyatına sevinc və dinclik gətirir, amma bayram sonrası adaptasiya zamanı gərginlik də müşahidə olunur. Əsasən işləyən şəxslər həm ev işlərinə, həm də ailələrinə vaxt ayırmağa çalışır, maddi və sosial öhdəlikləri yerinə yetirməyə çalışarkən stress və yorğunluq hissi yaranır. Bu, bəzən yuxusuzluq və təşvişlə müşayiət olunur".

 Psixoloq qeyd edib ki,bu dövrdə işləri düzgün planlamaq çox vacibdir. "Stressi azaltmaq üçün gündə ən azı 10 dəqiqə gəzmək, axşam sakit və rahat mühit yaratmaq faydalıdır. 

Bu kiçik vərdişlər insanın əhvalını yaxşılaşdırır, üzdə təbəssüm yaradır. Belə vərdişlər əsəbləri sakitləşdirir və bayramdan sonra işə, ictimai fəaliyyətə adaptasiyanı asanlaşdırır". 

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

Bayram iş Fəridə Müsəvi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
161
29
cebheinfo.az

10Mənbələr