AZ

Bayden prezidentlik maaşından çox pensiya alır

ABŞ-nin keçmiş Prezidenti Co Bayden rekord məbləğdə pensiya alır və bu, hətta onun prezidentlik maaşından da çoxdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Nyu-York Post” qəzetinin məlumatında bildirlib.

Məlumata görə, Bayden ildə təxminən 417.000 dollar alır ki, bu da onun prezidentlik dövründəki maaşından çoxdur. Bu məbləğ həmçinin ABŞ-nin digər keçmiş Prezidenti Barak Obamanın pensiyasından təxminən iki dəfə çoxdur.

Milli Vergi Ödəyiciləri Fondunun vitse-prezidenti Damian Bredinin sözlərinə görə, yüksək pensiya Baydenin uzun siyasi karyerası ilə bağlıdır. Bredi qeyd edib ki, keçmiş prezident vəzifəsindən ayrıldıqdan sonrakı ilk il ərzində iki dövlət pensiya fondundan ödəniş almaq hüququ qazanıb.

Bu yay "Politico" məlumatlı mənbələrə istinadən xəbər verib ki, Bayden təqaüddə təvazökar bir həyat sürür, lüksdən qaçır.

Ekspertlər qeyd edirlər ki, Baydenin vəziyyəti unikaldır və gələcəkdə yenidən nəzərdən keçirilə biləcək "presedent yaradır". Prezident pensiyalarını və müavinətlərini məhdudlaşdıran qanunvericilik əvvəllər Konqresdə təklif olunmuşdu, lakin qəbul edilməyib.

Bəzi qanunvericilər artıq gələcək prezidentlər üçün bu cür "israfçı" ödənişlərin normaya çevrilməsinin qarşısını almaq üçün islahatları müzakirə edirlər.

Seçilən
88
40
xezerxeber.az

10Mənbələr