AZ

İsveçrədə baş verən partlayışda azı 40 nəfər ölüb: Yüzdən çox yaralı var

İsveçrədə dağ xizək kurortunda baş verən partlayışda azı 40 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Le Nouvelliste" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət alanların sayı 100 nəfərdən çoxdur.

***11:28

İsveçrənin Alp dağlarında yerləşən məşhur və elit xizək kurortu Krans-Montanada Yeni il gecəsi faciə ilə yadda qalıb.

BAKU.WS xəbər verir ki, kurort ərazisində fəaliyyət göstərən barlardan birində baş verən güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb.

2026-cı il yanvarın 1-nə keçən gecə, təxminən saat 01:30-da "Le Constellation" adlı iki mərtəbəli əyləncə məkanında naməlum səbəbdən partlayış baş verib. Hadisədən dərhal sonra binanı əhatə edən geniş yanğın alovlanıb.

Valais kanton polisinin nümayəndəsi Gaetan Lathion insident zamanı ölənlərin olduğunu təsdiqləyib. Hadisə şahidlərinin və təcili tibbi yardım əməkdaşlarının verdiyi məlumata əsasən, partlayış nəticəsində onlarla insan ağır xəsarət alıb, ölənlərin sayı isə hələlik dəqiqləşdirilir.

Hazırda hadisənin səbəbləri araşdırılır, əraziyə əlavə xilasedici və yanğınsöndürən qüvvələr cəlb olunub.

Seçilən
70
1
far.az

2Mənbələr