Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Neymar "Santos"da qalıb-qalmayacağı ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az ki, braziliyalı futbolçunun bu gün - 1 yanvar 2026-cı ildə klubdan ayrıla biləcəyi gözlənilsə də, o, "Santos"la yeni müqavilə imzalayıb.
İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. Mənbənin məlumatına görə, yeni müqavilə 2026-cı ilin dekabr ayına qədər qüvvədə olacaq.
Xatırladaq ki, 33 yaşlı futbolçunun hazırkı müqaviləsi 31 dekabr 2025-ci ildə başa çatsa da, onun uzadılması ilə bağlı heç bir xəbər yox idi. Neymar 2025-ci ilin yanvar ayında "Əl-Hilal"dan "Santos"a azad agent kimi keçib. O, 2024/25 mövsümündə 30 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 10 milyon avrodur.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.