AZ

İtaliyalı müdafiəçi Milan və Barselona nın hədəfində

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Rayo Valyekano"nun müdafiəçisi Luis Felipe karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

A Seriyası nəhəngi Felipeni qış transfer pəncərəsi zamanı heyətinə qatmağa çalışacaq. İspaniya klubu ilə müqaviləsi yayda başa çatan 28 yaşlı mərkəz müdafiəçisinin "Milan"a keçmək ehtimalı yüksək qiymətləndirilir.

İtaliya millisinin üzvü ilə "Barselona" da yaxından maraqlanır.

Qeyd edək ki, Luis Felipe mövsümün əvvəlindən "Rayo Valyekano"da çıxış edir. Təcrübəli oyunçu La Liqa təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
108
21
sportal.az

10Mənbələr