AZ

Tramp və Netanyahu İrana qarşı ikinci hərbi əməliyyatı müzakirə edib

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüş zamanı 2026-cı ildə İrana yenidən hücum etmək ehtimalını müzakirə edib və Ağ Ev rəhbəri də nüvə təhlükəsi halında İrana hərbi müdaxiləyə razılıq verib.

Azreform.info  "Axios"a istinadən xəbər verir ki, Ağ Ev administrasiyası İranın nüvə proqramını yenidən qurmaq üçün real və təsdiqlənə bilən addımlar atdığını müəyyən edərsə, Tramp çox güman İrana qarşı ikinci  hərbi hücumları dəstəkləyəcək.
Nəşr  onu da qeyd edib ki, Tramp və Netanyahu gələcək hərbi əməliyyatlarla bağlı konkret zaman  və ya ətraflı anlaşma barədə hələlik dəqiq bir razılığa gələ bilməyiblər.

Netanyahu ilə görüşündən sonra Donald Tramp verdiyi açıqlamada Tehran rejiminə ciddi  bir mesaj ünvanlayıb. "Onlar hərəkətlərinin nəticələrini bilirlər. Nəticələrinin çox ağır, bəlkə də keçən dəfəkindən daha ağır olacağını bilirsiniz. İran keçən dəfə onlara seçim imkanı verəndə bizimlə razılaşmalı idi", -Tramp qeyd edib.
Nəşr onu da yazıb ki, görüşün digər vacib məqamı Qəzzadakı vəziyyət  müzakirə edilib. İddialara görə, Tramp HƏMAS razılaşmaya əməl etməsə və tərksilah etməyə başlamasa, İsrailə hücumları bərpa etməyə icazə verəcəyini bildirib.
Mürtəza

Seçilən
22
2
azreform.info

3Mənbələr