AZ

Hindistanda 1300 nəfər sudan zəhərləndi − Ölənlər var

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Hindistanın Madhya-Pradeş ştatının İndor şəhərində 1 300 nəfər sudan zəhərlənib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Hindistan televiziyası məlumat yayıb.

Mənbələrin məlumatına görə, kəskin zəhərlənmə hadisəsi Bhagirtpur rayonunda baş verib. Hadisə nəticəsində altı aylıq uşaq daxil olmaqla, 13 nəfər dünyasını dəyişib.

Hadisədən sonra dövlət orqanları 3 məmuru işdən çıxarılıb.

Telekanalın məlumatına görə, 100-dən çox sakin şəhərin müxtəlif xəstəxanalarında ağır vəziyyətdədir və səlahiyyətlilər ölüm hallarının daha da artacağını istisna etmirlər.

Madhya-Pradeş hökuməti hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
36
yeniavaz.com

10Mənbələr