AZ

Zaqatalada maşınlar toqquşdu - Yaralılar var

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Qafqazinfo"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
135
33
far.az

10Mənbələr