AZ

İsveçrə polisi Krans-Montanada təxminən 40 nəfərin ölümünü təsdiqləyib

Bakı. Trend:

Yanvarın 1-nə keçən gecə İsveçrənin Krans-Montana xizəkkurortunda baş verən yanğın nəticəsində təxminən 40 nəfər ölüb, 115nəfər yaralanıb.

Trend xəbər verirki, bu barədə Vale kantonunun polis rəisi Frederik Qizler məlumatverib.

O, Krans-Montanada keçirilən mətbuat konfransında bildirib ki,hazırkı hesablamalara əsasən, ölənlərin sayı təxminən 40 nəfər,yaralıların sayı isə 115 nəfərdir və onların əksəriyyətininvəziyyəti ağırdır.

Frederik Qizler qeyd edib ki, hüquq-mühafizə orqanlarının təciliprioriteti həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi vəcəsədlərin mümkün qədər tez ailələrinə təhvil verilməsidir. Onunsözlərinə görə, bu proses bir neçə gün çəkə bilər.

Məlumata görə, yanğın İsveçrənin mərkəzində yerləşən məşhurKrans-Montana xizək kurortundakı “Le Constellation” barında başverib. Polis hadisənin terror aktı olması ehtimalını istisna edib.İlkin ehtimallara əsasən, yanğına bayram şamları və ya fişənglərsəbəb ola bilər.

Seçilən
84
az.trend.az

1Mənbələr