AZ

Tovuzda göldə meyit tapılıb

Tovuz, 1 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda göldə qadın meyiti aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb. Belə ki, sözügedən göldən orta yaşlı qadın meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
68
12
azertag.az

10Mənbələr