Bakı. Trend:
Bir vaxtlar Ruqalann bölgəsinin “ağ fəxri” hesab edilən və“Norveçin Cənub qütbü” ləqəbi alan Breyfonn buzlağı sürətlə yoxolur və alimlərin qiymətləndirmələrinə görə, on ildən az müddətdətamamilə yox ola bilər.
Trend xəbər verirki, 2025-ci ildə “Annals of Glaciology” elmi jurnalında dərcolunmuş yeni tədqiqatlar göstərir ki, buzlaq ərazisinin 93-94 faiziartıq itirilib.
Breyfonn buzlağı bir vaxtlar Roqalann və Vestlann bölgələrininsərhədində vahid buz kütləsi olsa da, 1980-ci illərdən başlayaraqayrı-ayrı fraqmentlərə parçalanmağa başlayıb. 2018-ci ildən sonrabu parçalanma xüsusilə sürətlənib.
Ölçmələr göstərir ki, buzun qalınlığı ayrı-ayrı yerlərdə 1970-ciillərin sonlarından bəri 45 metrə qədər azalıb, son illərdə isə ənböyük qalıqlar hər il təxminən bir metr qalınlığını itirir.
Breyfonnun kəskin şəkildə azalması onu yox olmaq üzrə olanbuzlaqların beynəlxalq siyahısı olan “Global Glacier CasualtyList”ə daxil edib. Kütləvi parçalanmaya baxmayaraq, alimlərBreyfonnu buzlaq kimi təsnif etməyə davam edirlər və onun gələcəktaleyi peyk müşahidələri vasitəsilə izləniləcək.