AZ

Kallas Rusiyanı ittiham edib

Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas Rusiyanı Baltik dənizində kritik infrastruktura zərər vuran hücumlara görə ittiham edib.

"Ölkə.az" xəbər verir ki, Aİ nümayəndəsi bunu X sosial media platformasında yazıb.

"Avropanın kritik infrastrukturu sabotaj riski altındadır",  - Kallas qeyd edib.

Aİ xarici işlər naziri Moskvanın hadisələrdə iddia edilən iştirakına dair dəlil təqdim etməyib. Lakin o, Ukraynadakı silahlı münaqişənin başlanğıcından bəri bu cür hadisələrin açıq-aşkar bir tendensiyasının müşahidə olunduğunu bildirib.

Elvin

Ölkə.az

Seçilən
147
2
olke.az

2Mənbələr