Yeni il axşamı Perunun şimalında mədənçilərə naməlum şəxslərin hücumu nəticəsində azı üç nəfər həlak olub, yeddi nəfər isə itkin düşüb.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki məlumata görə, bunu Patas şəhərinin meri Aldo Marino bildirib.
Qeyd olunub ki, insident şimal-qərbdə yerləşən La-Libertad bölgəsinin Patas şəhərində baş verib. Hadisəni törətməkdə yerli cinayətkar qruplaşmanın üzvləri şübhəli bilinir. Onlar bu ərazidə nəzarətlərini genişləndirməyə çalışırlar.