“Nürnberq” 2025-ci ilin ən yaxşı 10 qolunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, siyahıda komandanın sabiq üzvü, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb.
Onun məhz hazırda şərəfini qoruduğu “Kayzerslautern”in qapısına vurduğu qol 3-cü pilləyə layiq görülüb.
Mahir ötən mövsüm “Nürnberq”in formasını geyinib. O, 2025-ci ilin yayında “Kayzerslautern”ə keçib.