AZ

Braziliya sabiq prezidenti həbsxanaya qaytarıldı

BAKI, 2 yanvar. TELEQRAF

Braziliya sabiq prezidenti Jair Bolsonaru xəstəxanadan buraxılıb və həbsxanaya qaytarılıb

Teleqraf xəbər verir ki, bu barədə "O Globo" qəzeti məlumat yayıb.

70 yaşlı Bolsonaru dekabr ayında keçirdiyi əməliyyatdan sonra vəziyyəti həkimlər tərəfindən qənaətbəxş hesab olunub. Onun qasıq yırtığı əməliyyatından sonra bərpası hər hansı komplikasiyasız başa çatıb. Həkimlər həmçinin sabiq prezidentin narahat etdiyi xroniki hıçqırıqları dərman vasitəsilə aradan qaldırdıqlarını bildiriblər.

Əvvəllər Braziliya Federal Ali Məhkəməsi sabiq prezidentin planlı xəstəxanaya yerləşdirilməsinə icazə vermişdi, lakin onun buraxılışdan sonra həbsxanaya qaytarılması şərti qoyulub. Məhkəmə hakimi Aleksandri di Morais Bolsonarunun vəkillərinin həbs cəzasının ev həbsinə çevrilməsi tələbinə isə rədd cavabı verib.

Bolsonaru dövlət çevrilişi cəhdi ilə bağlı iş üzrə cəzasını çəkir. 2025-ci ilin sentyabr ayında o, 27 ildən çox həbs cəzasına məhkum olunub.

Seçilən
65
3
teleqraf.com

4Mənbələr