AZ

Aktyor Tommi Li Consun qızı ölü tapılıb

BAKI, 2 yanvar. TELEQRAF

Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya Kaliforniyada yerləşən hoteldə ölü vəziyyətdə tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə "TMZ" portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Viktoriyanın cəsədi yanvarın 1-i səhər tezdən San-Fransisko şəhərindəki hoteldə aşkar edilib. Polis əməkdaşları hadisə ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gəliblər.

Bildirilir ki, hadisə yerinə məhkəmə-tibbi ekspert cəlb olunub və araşdırma aparılıb. Hazırda Viktoriyanın ölüm səbəbi müəyyən edilməyib.

Seçilən
53
2
teleqraf.com

10Mənbələr