Cənubi Qafqaz ölkələri arasında Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti ən yüksəkdir.
Publika.az News.am-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat yayıb.
Qeyd edilib ki, Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti 53,4%-dir.
Gürcüstanda bu rəqəm 34,2%, Azərbaycanda 22,4%, Türkiyədə 24,3%, Rusiyada 23,1% və İranda 35,6%-dir.
Yaponiyanın dövlət borcunun ÜDM-ə nisbəti dünyada ən yüksəkdir və 230%-dir.