AZ

Tanınmış telejurnalist Nailə Əkbərova dünyasını dəyişib.

Tanınmış
Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova vəfat edib. 1news.az xəbər verir ki, telejurnalistin dünyasını dəyişməsi barədə məlumatı onun yaxınları təsdiqləyiblər.
Qeyd edək ki, Nailə Ənvər qızı Əkbərova 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Peşəkar fəaliyyətinə 1981-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayan Nailə Əkbərova uzun illər televiziya sahəsində çalışıb. O, 1997–2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.

Nailə Əkbərova “TRT Avaz” kanalında yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı kimi tanınıb. O, eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarından biri olub.

Seçilən
55
13
1news.az

10Mənbələr