AZ

Yeni il gecəsi 1000-dən çox avtomobil yandırıldı

Yeni il gecəsi Fransada yandırılan avtomobillərin sayı 1000-dən çox olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin dərc etdiyi məlumatda deyilir.
 
"Yanğın nəticəsində zədələnən avtomobillərin sayında (həm birbaşa yandırma, həm də yanğının yayılması səbəbindən) artım qeydə almışıq: ötən il 984 avtomobillə müqayisədə 1173 avtomobil yanıb", - məlumatda deyilir.
 
Yeni il gecəsi ərzində polis əməkdaşlarına bir neçə dəfə hücum olub. Hadisələrin əksəriyyəti ölkənin şimalında və şərqində baş verib. Ən ciddi toqquşmalar isə Strasburqda qeydə alınıb.
 
Ümumilikdə, Yeni il gecəsi polis və jandarmeriya 505 nəfəri saxlayıb. Onlardan 403-ü nəzarətə götürülüb. Parisdə isə 125 nəfər saxlanılıb, onlardan 75-i əsasən zorakılıq və vandalizm ittihamı ilə həbs edilib.
Seçilən
47
7
moderator.az

8Mənbələr