"Barselona"nın vingeri Lamin Yamal La Liqanın 18-ci turunun “Espanyol”la oyununu buraxa bilər.
Publika.az xəbər verir ki, 18 yaşlı ulduz yanvarın 1-də komandanın məşqini diskomfort səbəbindən yarımçıq dayandırıb. "Diario AS"-ın məlumatına görə, Yamal məşqə başladıqdan cəmi 5 dəqiqə sonra hazırlığı başa vurub.
Qeyd edək ki, “Espanyol” – “Barselona” oyunu yanvarın 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.