AZ

Ordumuzun güclənməsi təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir - Cəlil Xəlilov

Bakı. Trend:

Ordumuzun güclənməsi, Silahlı Qüvvələrimizin peşəkarlığınınartırılması təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir.

Bunu Trend-əMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşlkilatının sədripolkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqamüraciətində səsləndirdiyi fikirlər dövlət başçısının təhlükəsizlikməsələsinə verdiyi önəmi göstərir:

“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının HəmrəyliyiGünü və Yeni İl münasibətilə xalqa müraciətində müasir dünyamızdatəhlükəsizlik faktorunun nə qədər önəmli olduğuna diqqət çəkdi.Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırda dünyada hüquqnormaları işləmir və gücü olan kəs haqlı sayılır. Bu isə o deməkdirki, Azərbaycan öz ordusunun peşəkarlığını, döyüş hazırlığınıyüksəltməkdə davam etməli, bunu prioritet məsələ kimi daim gündəmdəsaxlamalıdır”.

Polkovnik son 5 ildə Azərbaycan Silahlı Qüvvələrinin öz gücünüvə peşəkarlığını əhəmiyyətli dərəcədə artırdığına da diqqətçəkib:

“Son 5 ilin təhlili göstərir ki, Azərbaycan Silahlı Qüvvələri özpeşəkarlığını, eləcə də texniki təchizatını Vətən müharibəsi dövrüilə müqayisədə bir neçə dəfə artırıb, bu sahədə çox böyük uğurlaraimza atıb. Zəfərin 5-ci ildönümü ilə bağlı təşkil edilən parad bunubir daha əyani şəkildə göstərdi.

Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, KomandoQüvvələrinin yaradılması, ordumuzun həm milli hərbi sənaye, həm dəxaricdən alınan texnikalar hesabına daha modern silahlarlasilahlandırılması Azərbaycan Silahlı Qüvvələrinin inkişafınındinamik xarakter aldığını isbatlayır. Bu isə bizə öztəhlükəsizliyimizi daha etibarlı şəkildə təmin etməyə, hər cürgözlənilməzliyə hazır olmağa, istənilən təhdid və təhlükəninqarşısını anındaca almağa imkan verir.

Son 5 ildə Silahlı Qüvvələrimizin şəxsi heyətinin sosial-məişətşəraitinin daha da yaxşılaşdırılması müşahidə edilir ki, bu daolduqca təqdirəlayiqdir.

Şübhəsiz, biz bütün bunlara görə Prezident İlham Əliyevə, onunmüdrik siyasətinə borcluyuq. Məhz Müzəffər Ali Baş Komanımızınyürütdüyü bu siyasət müasir Azərbaycanı dünyanın ən sabit, əntəhlükəsiz, ən firavan ölkəsinə çevirib ki, bu datəhlükəsizliyimizlə yanaşı, həm də inkişafımız və tərəqqimiz üçünəsas şərtdir. Bu siyasət onu deməyə əsas verir ki, Azərbaycanbundan sonra da güclü orduya malik sülh ölkəsi olaraq qalacaq vəinkişafı ilə yanaşı, təhlükəsizliyini də yüksək səviyyədə təminetməkdə davam edəcək”.

Məqalədə:
Seçilən
29
5
az.trend.az

6Mənbələr