AZ

Günah bizdədir, başqalarında deyil Pezeşkian

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Tehranda İranın pul vahidinin ucuzlaşması və iqtisadi problemlər səbəbilə başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

Globalinfo.az xəbər verir ki, etirazlara münasibət bildirən İran Prezidenti Məsud Pazeşkian problemlərin həlli üçün uğurun əsasən düşüncə tərzindən və yanaşmadan asılı olduğunu deyib.

“Hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli və ictimai narazılığı aradan qaldırmaq üçün iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır. 

İnsanlar narazıdırsa, bu, bizim günahımızdır. ABŞ-ı və ya başqalarını günahlandırmayın. Məsuliyyət bizimdir” –  Pezeşkian bildirib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
globalinfo.az

10Mənbələr