Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Dövlət Departamenti Tayvan ətrafında keçirilən genişmiqyaslı hərbi təlimləri pislədi.
Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib.
"Çinin hərbi fəaliyyəti və Tayvana və regiondakı digər ölkələrə qarşı ritorikası gərginliyi lazımsız şəkildə artırır. Biz Pekini təmkinli olmağa, Tayvana qarşı hərbi təzyiqi dayandırmağa və bunun əvəzinə mənalı dialoqa çağırırıq", - deyə bəyanatda qeyd edilir.
Dövlət Departamenti əlavə edib ki, Vaşinqton Tayvan boğazında sülh və sabitliyi dəstəkləyir və status-kvonun birtərəfli şəkildə, o cümlədən güc və ya məcburiyyət tətbiq etməklə dəyişdirilməsinə qarşıdır.
Xatırladaq ki, Çin 29 dekabrda Tayvan ətrafında genişmiqyaslı canlı atəşli hərbi təlimlərə başlayıb. Təlimlər yarımadanın ətrafındakı beş zonanı əhatə edib.
Daha sonra Tayvanın Müdafiə Nazirliyi ada yaxınlığında Çin hərbi fəaliyyətinin kəskin artdığını bildirib. Agentliyin məlumatına görə, 130 Çin hərbi təyyarəsi və 22 Çin hərbi gəmisi qeydə alınıb.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.