AZ

"Qırmızı bülleten"lə axtarılan 40 cinayətkar Türkiyəyə gətirilib

“Qırmızı bülleten”lə axtarışda olan ümumilikdə 40 cinayətkar xaricdə saxlanılaraq Türkiyəyə ekstradisiya edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyinin İnterpol–Europol ilə koordinasiya ilə həyata keçirdiyi əməliyyatlar çərçivəsində, başda Gürcüstan olmaqla Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstanda saxlanılan şübhəlilər Türkiyəyə gətirilib.

Məlumata görə, “qırmızı bülleten”lə axtarılan şəxslər arasında “qəsdən adam öldürmə”, “cinayət təşkilatına üzv olma”, “narkotik vasitələrin qanunsuz dövriyyəsi”, “uşağın cinsi istismarı”, “quldurluq”, “fahişəliyə təşviq”, “rəsmi sənədlərin saxtalaşdırılması” və “informasiya sistemləri vasitəsilə dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunanlar da var.

Seçilən
29
6
xezerxeber.az

7Mənbələr