Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yanvar ayının 2-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 1.52% bahalaşaraq 88 829 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.58% artaraq 3020 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.69%, BNB isə 0.39% bahalaşaraq.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.