AZ

Braziliyanın keçmiş prezidenti həbsxanaya qaytarıldı

Braziliyanın həbsdə olan keçmiş prezidenti (2019-2022) Jair Bolsonaru ötən il dekabrın sonunda əməliyyat edildikdən sonra xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı "O Globo" yayıb.

O, dövlət çevrilişi ittihamı ilə bağlı cəzasını çəkməyə davam edəcək.

Həkimlər bildirib ki, 70 yaşlı J.Bolsonarunun vəziyyəti qənaətbəxşdir.

Onlar qeyd ediblər ki, keçmiş lideri narahat edən problemlər aradan qaldırılıb.

J.Bolsonaru 2025-ci ilin sentyabrında 27 ildən çox müddətə azadlıqdan məhrum olunub.

"Cebheinfo.az"

Seçilən
102
1
cebheinfo.az

2Mənbələr