Bakı. Trend:
“Barselona”nın hücumçusu Lamin Yamal 2026-cı ilin ilk məşqiniburaxıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu məşq bazasınagəlsə də, qısa bir müddətdən sonra geri qayıdıb.
Yamalın ümumi narahatlıq səbəbindən məşqdə iştirak etmədiyibildirilib. Amma onun yanvarın 3-də La Liqada “Espanyol”lakeçiriləcək Kataloniya derbisində iştirak etmək şansının böyükolduğu vurğulanıb.
Qeyd edək ki, Yamal bu mövsüm 14 La Liqa oyununda 7 qol vurub və7 qol ötürməsi edib.