AZ

Qaz kartına niyə pul yükləmək olmur?

Artıq iki gündür smart kart tipli qaz sayğaclarının fəaliyyətində yaranan problem davam edir. Abonentlər xüsusən də “Zenner” kartı ilə sayğaca yükləmə edə bilmirlər.
 
Moderator.az xəbər verir ki, “Azəriqaz”dan bildirib ki, problem dövlət qurumu ilə əlaqədar deyil.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevin sözlərinə görə, hazırda "M-10" vasitəsilə sözügedən “Zenner” karta pul yükləmək olur.
 
“Bir az əvvəl şəxsən yoxladım, karta köçürmə icra olundu” – E.Vəliyev bildirib.
 
“MPay” MMC isə ötən gün açıqlamasında problemin “Azəriqaz”ın sistemindən qaynaqlandığını bildirib.
 
“Problemin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır. Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz” – şirkətin açıqlamasında qeyd olunur.
 
Seçilən
16
5
moderator.az

7Mənbələr