Rumıniyanın FCSB klubu "Qarabağ"la yoxlama oyunu keçirməkdən imtina edib.
Redaktor.az xəbər verir ki, komandanın meneceri Mihay Stoyka "Prima Sport"a açıqlamasında "Qarabağ"dan oyun təklifi aldıqlarını təsdiqləyib.
"Qarabağ" bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu. Lakin onlarla oynasaq, bu, əhval-ruhiyyəmizi aşağı sala bilər. Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma biz yanvarın 16-da "Beşiktaş"la oynayacağıq", - deyə Stoyka bildirib.
Qeyd edək ki, "Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.