Göyçay rayonunda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb.

Leqal.info xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Məlumata əsasən, Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov dekabrın 31-i saat 21-i radələrində yaşadığı evdən baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və yanvarın 1-i saat 10 radələrində ölüb.

Araşdırmalarla S.Əhmədovun qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirib 2-ci mərtəbənin eyvanından yıxılaraq ölməsi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Leqal.info