sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Monteneqro millisinin futbolçusu Marko Yankoviç cari mövsümün sonunadək "Qarabağ" klubunda qalacaq. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib. Bir neçə klub 30 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəsə də, "köhlən atlar"ın rəhbərliyi oyunçunu heyətdə saxlamağa qərar verib. Son olaraq Yunanıstan təmsilçisi "Panatinaikos" Yankoviç üçün "köhlən atlar"a təklif göndərib. Azərbaycan çempionu bunu da rədd edib. Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən "Qarabağ"da çıxış edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.