AZ

Ajda 20 milyondan imtina edib Bakıya gəlmədi

Türkiyənin superstarı Ajda Pekkan Yeni ili Bakıda qarşılamaqdan imtina edib. Metbuat.az xəbər verir ki, bu iddia ilə "Sozcü" qəzeti çıxış edib. KİV muğənninin bayram gecəsi Bakıda konsert verməsi üçün 20 milyon irə (800 min manat) qonorar təklif edildiyini yazıb. "Sozcü"nün məlumatına görə, Pekkan bu qonorardan imtina edərək, bayramı ölkəsində qarşılayıb. Ajda Pekkanin 20 milyon lirədən imtina etməsinin səbəbi məlum olub. Xəbəri yazan mənbə əsas səbəb kimi sənətçinin bacısı Semiramis Pekkanın ağciyər xərçəngi ilə mübarizə aparmasını göstərib.

"Ajda Pekkan xərçəng xəstəsi olan bacısını bayram günü evdə tək qoymaq istəmədiyi üçün azərbaycanlıların təklif etdiyi 20 milyon lirədən imtina etdi", - "Sözcü" yazıb.

Seçilən
40
9
metbuat.az

10Mənbələr