AZ

Bu bölgəyə 30 sm qar yağdı

imal-qərb bölgəsinə 30 sm qar yağıb.

Sitat.info xəbər verir ki, son günlər şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin əksər ərazilərinə qar yağır. Temperatur yüksək dağlıq ərazilərdə -15 dərəcəyə qədər düşüb.

Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur.

Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur.

Seçilən
10
12
sitat.info

10Mənbələr