AZ

Güclü külək Bakıda ağacları sındırdı - FOTO

İki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Ölkə.Az-a verilən məlumata görə, yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.


 

Seçilən
108
26
olke.az

10Mənbələr