AZ

Səudiyyə Ərəbistanı dünyada ən böyük hökumət data mərkəzinin tikintisinə başlayıb

Qahirə, 2 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda 3 milyon kvadrat metrə yaxın ərazini əhatə edən dünyanın ən böyük IV dərəcəli (Tier IV) hökumət data mərkəzinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, ümumi gücü 480 meqavat olan “Hexagon” məlumat mərkəzi ən yüksək səviyyəli təhlükəsizlik və əməliyyat mübadiləsini təmin edən beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.

Mərkəz elektron xidmətlərə etibar artdıqca dövlət qurumlarının tələblərini ödəyəcək. O, Qlobal Rəqəmsal İnfrastruktur Təşkilatına (“Uptime İnstitute”) görə, data mərkəzləri üzrə ən yüksək reytinqə malikdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
126
3
azertag.az

4Mənbələr