AZ

Cokoviç “Böyük dəbilqə”ni 25 ci dəfə qazana bilərmi?

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Football-plus.az" xəbər verir ki, 2006-cı ildə keçirilən “Australian Open”in finalçısı, dünyanın sabiq 8 nömrəli raketkası Markos Baqdatis Novak Cokoviçin 25-ci dəfə “Böyük dəbilqə” turnirini qazanmaq şansını dəyərləndirib:

“Əlbəttə, ildən-ilə Cokonun şansı azalır. Ancaq o hələ də tennisdədi, hələ də dünyanın beş ən yaxşı oyunçusu sırasındadı, özündən əvvəlkilərlə rəqabət aparır. Novak formadadı. Tennisdə nə qədər uzun müddət qalacağı onun özündən, başından asılıdı: hələ də oyundan məmnunluq duyurmu, belə yüksək səviyyədə oynamağa qadirdimi? Onun yerində olsaydım, mən də heç vaxt karyeramı bitirməzdim”.

Xatırladaq ki, 38 yaşlı Cokoviç olimpiya çempionu, həmçinin “Böyük dəbilqə” seriyalı turnirlərin 24 qat qalibidi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr