AZ

Biri evdə, digəri xəstəxanada doğulan əkizlərlə bağlı ATADAN AÇIQLAMA

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini həyata keçirib.

Qeyd edilib ki, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuşu idarə olunub.

Baku TV-nin məlumatına görə, doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.

Biri evdə, digəri xəstəxanada doğulan əkizlərlə bağlı ATADAN AÇIQLAMA

Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunublar. Digər körpənin sağrı gəlişi müşahidə edildiyindən doğuş prosesi tibb müəssisəsində davam etdirilib və ikinci körpə (qız) dünyaya gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
21
oxu.az

10Mənbələr