ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Braziliyalı futbolçu Dani Alveş Portuqaliyanın futbol klubunu satın alıb.
İdman.Biz xəbər verir ki, Portuqaliya Liqa 3-də (ölkənin üçüncü divizionu) çıxış edən “San-Juan-de-Ver” klubu artıq Dani Alveşə məxsusdur.
Bildirilir ki, futbolçu həm meydanda çıxış etmək, həm də eyni zamanda inzibati və idman rəhbərliyi funksiyalarını yerinə yetirmək variantını nəzərdən keçirir.
Mənbəyə görə, Alveş növbəti mövsümdə komandanın heyətində debüt etmək və futbolçu karyerasına qayıtmaq ehtimalını da istisna etmir.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.