AZ

“Neftçi” Əbu-Dabiyə gedir – 3 yoxlama oyunu keçirəcək – ARENA.AZ

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə qeyri-sabit çıxış edən “Neftçi”nun qış hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda yanvarın 4-dən 17-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq “ağ-qaralar” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
56
13
arena.az

10Mənbələr