Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
On ildən artıq müddətdə ilk dəfə olaraq, "Apple" illik bazar siyasətini kökündən dəyişəcək.
Moderator.az "MacRumors" nəşrinə istinadən xəbər verir ki, "iPhone" 18 baza modeli 2026-cı ildə buraxılmayacaq.
Əvəzində bu payızda yalnız flaqman cihazların elan ediləcəyi gözlənilir: "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və qatlanan "iPhone". Standart "iPhone 18" və digər sərfəli modellər 2027-ci ilin yazından əvvəl bazara çıxarılmayacaq.
Bu o deməkdir ki, 18 aydan çox müddət ərzində hazırkı "iPhone2 17 hazırkı baza modeli olaraq qalacaq. Dəyişiklik sıranın genişlənməsi ilə əlaqədardır: 2026-cı ilin sonuna qədər "iPhone 16e", "iPhone Air2 və köhnə nəsillər də daxil olmaqla, eyni vaxtda ən azı səkkiz fərqli "iPhone" modeli satışda ola bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.