Bakı. Trend:
"Milan" heyətinə yeni futbolçu qatıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətiməlumat yayıb.
A seriyası təmsilçisi "Vest Hem Yunayted"dən hücumçu NiklasFülkruqu icarəyə götürüb.
Niklas Füllkruq "Verder"in gənclər akademiyasında yetişib vəkaryerasının ilk hissəsini Almaniyada keçirib. 2019-cu ildə"Verder"ə qayıtmazdan əvvəl "Qroyter Fürt", "Nürnberq" və"Hannover"də oynayıb. 2023-cü ilin yayında o, "Borussiya" Dortmundatransfer olub, 2024-cü ildə isə "Vest Hem Yunayted"ə keçib.