Bakı. Trend:
Meksikanın cənub-qərbindəki Qerrero ştatında 6,5 bal gücündəzəlzələ qeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzixəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Çilpansinqo şəhərindən 42km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 42 km dərinlikdəolub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.