AZ

"Sanderlend"dən möhtəşəm seriya: Evdə məğlubiyyət yoxdur

"Sanderlend" komandası cari mövsüm İngiltərə Premyer Liqasında nümayiş etdirdiyi oyunla diqqətləri üzərinə çəkməyi bacarıb.

Fanat.Az xəbər verir ki, "qara pişiklər" "Arsenal" ilə birlikdə bu mövsüm öz meydanında məğlubiyyət üzü görməyən ikinci komanda statusunu daşıyır.

Komanda evdə keçirdiyi son 10 qarşılaşmada "Vest Hem" (3:0), "Brentford" (2:1), "Vulverhempton" (2:0), "Bornmut" (3:2) və "Nyukasl" (1:0) üzərində qələbə qazanıb.

"Aston Villa", "Everton", "Arsenal", "Lids Yunayted" və "Mançester Siti" ilə oyunlarda isə bərabərliyi qoruyaraq xal itkisini minimuma endirib. Bu uğurlu seriya "Sanderlend"i turnir cədvəlinin üst sıraları üçün iddialı namizədlərdən birinə çevirib.

Azarkeşlər "İşıq Stadionu"nda davam edən bu məğlubedilməzlik seriyasının nə qədər davam edəcəyini maraqla gözləyirlər.

Kamil Xudiyev

Seçilən
33
1
fanat.az

2Mənbələr